“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi

2021-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olması ilə əlaqədar Dövlət Başçısı İlham Əliyev bu ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan edib.

Bu münasibətlə “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu “Nizami Gəncəvi irsində mədəni və əxlaqi dəyərlərin təbliği” adlı onlayn elmi seminar təşkil etmişdir. Seminarda “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun elmi işçiləri, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru dos.Təhminə Bədəlova, AMEA-nın N.Gəncəvi mərkəzinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə dok. Əlimuxtar Muxtarov, Gəncə Dövlət Tarix-Mədənniyyət qoruğunun Nizami filialının müdiri Gülnarə İsmayılova çıxış etmişdirlər. Bundan başqa seminara Nizami Gəncəvi yaradıcılığını sevənlər də dinləyici kimi qoşulmuşdurlar.

Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi
Spread the love