Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin şöbə müdiri Ruslan Ənvərli və sektor müdiri Mahir Qəhrəmanov qoruq ərazisində olmuşlar. Qoruğun “Göyəzən” filialında Azərbaycan şairi “Nizami Gəncəvinin” 880 illik yubileyi ilə əlaqədar 880 ədəd müxtəlif növ ağac və ümumilikdə müxtəlif vaxtlarda 1000-dən artıq eldar şamı, badam tingi və digər iqlimə uyğun ağac tingləri əkilmişdir. Həmin ağaclara baxış keçirilmiş və gələcəkdə Göyəzən dağında su problem ilə bağlı məsələnin həll edilməsinin nəzarətdə saxlanılacağı söylənilmişdir. Rəhbərlik “Göyəzən” filialından sonra qoruğun “Damcılı” filialına da gəlmişlər. Dünya əhəmiyyətli abidə ilə, yaponiyalı və azərbaycanlı arxeoloqların qazıntı işləri apardıqları ərazi ilə tanış olmuşlar. Əraziyə baxış keçirilmiş öz məsləhət və tövsiyələrini vermişlər.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin şöbə müdiri Ruslan Ənvərli və sektor müdiri Mahir Qəhrəmanov qoruq ərazisində olmuşlar