“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun elmi işçisi Qocayeva Xeyransanın təşkil etdiyi “Qazax rayonu ərazisindəki tarixi abidələr və tapıntılar” adlı onlayn konfrans

11.10.2021-ci il tarixində “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun elmi işçisi Qocayeva Xeyransanın təşkil etdiyi “Qazax rayonu ərazisindəki tarixi abidələr və tapıntılar” adlı onlayn konfransda YAP Qazax rayon təşkilatının baş məsləhətçisi Ağakişiyev Polad, I Şıxlı kənd tam orta məktəbin tarix müəllimi Vəliyev Araz, Ağstafa Regional Mədəniyyət İdarəsi, Qazax Tarix-Diyarşünaslıq muzeyinin direktoru Gülnaz Hüseynova çıxışlar etmişdir. Bununla yanaşı konfransa Ağstafa Regional Mədəniyyət İdarəsi, Molla Pənah Vaqif və Molla Vəli Vidadinin Xatirə Muzeyinin direktoru Məhruzə Hüseynova və digər qoruqların əməkdaşları da qoşulmuşdurlar.

“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun elmi işçisi Qocayeva Xeyransanın təşkil etdiyi “Qazax rayonu ərazisindəki tarixi abidələr və tapıntılar” adlı onlayn konfrans
Spread the love