“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

Rusiyalı alimlər “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun “Damcılı” filialı ərazisində olmuşlar

15.10.2021 –ci il tarixində Rusiya Federasiyanın Sankt Peterburq vilayətində yerləşən Rusiya Elmlər Akademiyasının Maddi mədəniyyət tarixi İnstitutunun tarix elmləri namizədi Oçerednoy Aleksandr Konstantinoviç, tarix elmləri doktoru Sergey Aleksandroviç Kulakov, Novosibirski şəhərində yerləşən Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Arxeologiya və Etnoqrafiya İnstitutunun tarix elmləri doktoru Anoikin Anton Aleksandroviç, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun “Damcılı” filialı ərazisində olmuşlar. Rusiyalı alimlərə burada aparılmış qazıntılar və qədim Damcılı mağarası barədə məlumatlar verilmişdir. Dünya əhəmiyyətli “Damcılı mağarası düşərgəsi” və buradan tapılmış tapıntılar qonaqların marağına səbəb olmuşdur.  Görüşdə qoruq ərazisində aparılmış elmi-arxeoloji qazıntılar və tədqiqatlar haqqında geniş müzakirələr aparılmışdır.

Qeyd edək ki, qoruq ərazisində yerləşən yaşayış düşərgələrində axtarışların aparılması qarşıya əsas hədəf olaraq qoyulmuşdur. Ərazidə davamlı olaraq tədqiqatlar aparılmasına baxmayaraq 2022-ci ildə Azərbaycan, Türkiyə və Rusiyanın tanınmış daş dövrü üzrə mütəxəssislərinin bu əraziyə cəlb olunması, birgə tədqiqatların aparılması qarşıya məqsəd qoyulmuş və gələcəkdə birgə əməkdaşlıq barədə razılığa gəlinmişdir.

Rusiyalı alimlər “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun “Damcılı” filialı ərazisində olmuşlar
Spread the love