“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

“18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”

“18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun “Damcılı” filialında Açıq qapı günü təşkil olundu. Bu münasibətlə qoruğa Qazax Gənc Qazilər İctimai Birliyinin üzvləri, Qazax Sosial İqtisadi Kollecinin tələbələri və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi dəvət olunmuşdur. Qoruğun Sosial şəbəkələrində “Açıq qapı günü” ilə bağlı verilən elan geniş marağa səbəb olduğu üçün Ağstafa  Regional Mədəniyyət idarəsinin Qazax rayonu nümayəndəliyinin direktoru, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri,  Qazax rayon Mədəniyyət Mərkəzinin, Mərkəzi Kitabxana Sisteminin, Qazax Dövlət Rəsm Qalareyasının, Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyinin, Heydər Əliyev Mərkəzinin, Daş Salahlı kənd Sənətkarlıq Evinin və Kitabxanasının işçiləri tədbirdə iştirak etdilər. Gələn qonaqlara qoruq əməkdaşları tərəfindən abidələrlə bağlı məlumatlar verildi, qazıntılardan tapılan maddi-mədəniyyət nümunələri nümayiş olundu. Tədbir aşıq musiqisi və çay süfrəsi ilə yekunlaşdı.

“18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”
Spread the love