6 may 2022-ci il tarixində Qazax Rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar təşkil olunmuş “Açıq qapı” günlərində “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun kollektivi tərəfindən Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyulmuş, dahi şəxsiyyətin əziz xatirəsi böyük ehtiramla anılmışdır. Sonra Heydər Əliyevin adını daşıyan Mərkəzdə dahi şəxsiyyət Heydər Əliyevin mənalı ömür yolu və siyasi fəaliyyətini özündə əks etdirən kitab və jurnallardan ibarət sərgi ilə, fotostendlərlə tanış olunmuş, Ulu Öndərə həsr edilmiş filmlərə baxılmışdır.
10 may 2022-ci il tarixində isə qoruğun təşkil etdiyi “Ulu öndər Heydər Əliyevin doğum günü” münasibəti ilə əlaqədar videokonfrans keçirilmişdir. Konfransda Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən çıxışlar dinlənilmişdir. Sonra isə qoruğun kollektivi bir daha dahi şəxsiyyət Heydər Əliyevin büstü qarşısında gül qoyma mərasimində iştirak etmişlər.








