“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

29 iyun tarixində plenum iştirakçıları “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun ərazisini ziyarət etmişlər

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası  Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Azərbaycan Memarlar İttifaqı “Gəncə-Qazax iqtisadi rayonunun tarixi irsinin qorunması və şəhərsalma inkişafı” mövzusunda  29-30 iyun 2022-ci il tarixlərində Ağstafa rayonu, Heydər Əliyev Mərkəzində Plenum keçirilmişdir. Plenumun proqramına əsasən 29 iyun tarixində günün sonunda  iştirakçılar “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun ərazisini ziyarət etmişdirlər. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli əraziyə baxış keçirmiş, yaponiyalı və azərbaycanlı arxeoloqların ərazidə apardıqları qazıntılarla və buradan tapılmış tapıntılarla maraqlanmış, öz məsləhət və tövsiyyələrini vermişdir.

29 iyun tarixində plenum iştirakçıları “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun ərazisini ziyarət etmişlər
Spread the love