“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

Əbülfəs Qarayevin Qazax səfəri(30.03.2015)

Azərbaycan Respublikası Mədəniyyət və Turizim  Naziri

cənab Əbülfəs  Qarayev 30.03.2015-ci ildə  Qazax rayonunda

səfərdə olmuşdur.

30.03.2015-ci il tarixində  Mədəniyyət və Turizim Naziri cənab Əbülfəs  Qarayevin  rəhbərliyi ilə Tovuz rayonunda vətəndaşların qəbulu və  Gədəbəy, Tovuz, Şəmkir, Ağstafa, Qazax rayonlarının  idarə və müəssisə  rəhbərləri ilə müşavirə keçirilmişdir. Müşavirədən sonra cənab Əbülfəs Qarayev  Qazax rayonuna səfər etmiş, Qazax rayon İcra hakimiyyətinin başçısı cənab Ayaz Əsgərovla birlikdə Mədəniyyət və Turizm Naziriyinin tabeliyində fəaliyyət göstərən  “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun  Daş Salahlı kəndində yerləşən  “Damcılı” filialına ətraf  əraziyə baxış keçirmək və abidələrlə tanış olmaq  məqsədilə buranı ziyarət etmişdir. Daha sonra  “Avey” DTMQ-nun direktoru  Səadət Əliyeva  əvvəlcə qoruq ərazisində görülən işlər, qarşıya çıxan problemlər,  görüləcək işlər barədə hesabat vermiş,  dünya əhəmiyyətli abidə olan “Damcılı” bulağı, qədim yaşayış məskəni olan  Daş Salahlı mağarası haqqında ətraflı məlumat vermiş və bu abidələrə baxış keçirilmişdir.

Ən qədim yaşayış məskənlərindən biri olan Damcılı yaşayış düşərgəsinin və qoruq ərazisində tapılan maddi-mədəniyyət nümunələrini toplanaraq turistlərə təqdim olunması üçün bu ərazidə açıq səma altında muzeyin yaradılması təklifini cənab Nazir bəyənmiş və yaxın zamanlarda bu layihənin həyata keçiriləcəyini bildirmişdir. Daha sonra cənab Əbülfəs Qarayev bura ilə bağlı yaranmış əfsanələrin, rəvayətlərin toplanaraq buklet-kitab çəklində çap edilməsi və turistlərə paylanmasını, bunların aşıq sənəti ilə birləşdirilməsini qoruq rəhbərliyinə tövsiyyə etmişdir.

            Bunlarla yanaşı cənab Əbülfəs Qarayev qoruq ərazisində yerləşən dünya əhəmiyyətli abidə olan “Damcılı” bulağının regionda turizm infrastrukturu üçün geniş imkanlar vəd etdiyini söyləmiş, gələcəkdə turizmin digər sahələrini – çay turizminin, ekstremal turizmin, at üzərində turizmin inkişafı və  iaşə xidmətlərinin yaradılması, qoruq ərazisində yerləşən eksponatların kiçik maketinin hazırlanaraq satışının təşkili istiqamətində işlərin aparılmasına göstəriş vermişdir.

             Ümumilikdə cənab Əbülfəs Qarayev qoruq ərazisinə 500-ə yaxın Eldar şamı və digər tinglərin əkilməsini, üzərində qoruğun tarixi abidələrinin şəkilləri olan buklet, proşura, təqvimlərin hazırlanmasından razı qalmış, qoruq rəhbərliyinin gördüyü işləri qənaətbəxş hesab etmişdir.







































Əbülfəs Qarayevin Qazax səfəri(30.03.2015)
Spread the love