07.07.2022-ci il tarixində Qazaxıstan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Serjan Abdıkarimov Qazax rayonuna səfər edib. Qazax rayon İcra Hakimiyyətinın əməkdaşları və səfir Serjan Abdıkarimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilkin olaraq qoruğumuzun “Göyəzən” filialında olub, Qazaxın ən qədim və zəngin tarixə malik olan “Göyəzən” dağına baş çəkiblər. Sonra isə “Damcılı” filialında olublar. Qonaqlara qoruq və qoruq ərazisində olan tarixi abidələr haqqında məlumat verilmişdir.
Qazaxıstan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Qazax rayonuna səfər edib, Qazax rayon İcra Hakimiyyətinın əməkdaşları və səfir Serjan Abdıkarimovun rəhbərlik etdiyi nümayəndə heyəti qoruğumuzun “Göyəzən” və “Damcılı” filialında olublar