“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin rəhbərliyi ilə ekspertlərdən ibarət qrup Qazax rayonunda yerləşən bir sıra tarix-mədəniyyət abidələrini ziyarət edib

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin rəhbərliyi ilə ekspertlərdən ibarət qrup Qazax rayonunda yerləşən bir sıra tarix-mədəniyyət abidələrini ziyarət edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Dövlət Xidmətinin rəis müavini Ağacavid Ramazanov, Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsinin Şərqi Avropa şöbəsinin müdiri Fəxri Hacıyev, “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” MMC-nin ekspertlərinin də qatıldığı səfərdə dünya əhəmiyyətli tarixi abidə olan “Sınıq körpü”də aparılan bərpa işləri ilə əlaqədar abidəyə baxış keçirilib.
Səfər zamanı nümayəndə heyəti ADA Universitetinin “Bir müəllimin manifesti” layihəsi çərçivəsində əsaslı şəkildə yenidən qurulan Qazax Müəllimlər Seminariyasının tarixi binasında, yerli əhəmiyyətli memarlıq abidəsi olan İsrafil Ağa hamamında və Cümə məscidində görülmüş işlərlə də tanış olub. Bu tarixi kvartal Qazax şəhərinin fundamental abidə kompleksi qismində şəhərin qədimliyi baxımından müstəsna əhəmiyyət kəsb edəcək. Qeyd olunan abidələrdən ibarət tarixi-memarlıq kvartalının formalaşması gələcəkdə ziyarətçi sayının artmasına töhfə verəcəkdir.
Daha sonra Qazax Rayon İcra Hakimiyyətində rayonda mövcud olan digər tarixi abidələrin mövcud vəziyyəti və abidələrin bərpası ilə bağlı görülməsi nəzərdə tutulan işlər barədə müzakirələr, gələcək əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. Abidələrin elektron xəritəsinin hazırlanması, kataloqlaşdırılması kimi məsələlər də nəzərdən keçirilib.
Dövlət Xidmətinin rəisi Azad Cəfərli Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı sayəsində tarixi abidələrin qorunması, bərpası sahəsində görülmüş işlərdən söz açıb. Səfərin də əsas məqsədinin rayonda olan tarixi abidələrin mövcud vəziyyətini yerində öyrənmək olduğunu söyləyib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonda tarixi abidələrin bərpası ilə bağlı görülən işlərin böyük əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, bütün bunlar ölkə başçısının bu sahəyə qayğısının bariz nümunəsidir.
Həmçinin, səfər zamanı Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin Qazax rayonu üzrə abidə mühafizəçiləri ilə görüş keçirilib və fəaliyyətləri ilə bağlı təlimatlar verilib. Qazax şəhərindəki nümunəvi tərtibatı və unikal ekspozisiyası olan tarix-diyarşünaslıq muzeyi xüsusi rəğbətə səbəb olub.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin rəhbərliyi ilə ekspertlərdən ibarət qrup Qazax rayonunda yerləşən bir sıra tarix-mədəniyyət abidələrini ziyarət edib
Spread the love