Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Üzrə Dövlət Xidmətində ,,Damcılı” Arxeoloji ekspedisiyasının rəhbərləri ilə görüş keçirildi.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, Mədəni İrsin Qorunması Şöbəsinin müdiri Ruslan Ənvərli, Qoruqların İdarə olunmasına və İstifadəsinə nəzarət sektorunun müdiri Mahir Qəhrəmanov, AMEA- nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnsititunun baş direktoru, professor Abbas Seyidov, t.ü.f.d. Yaqub Məmmədov, Tokio Universitetinin Daş dövrü üzrə mütəxəsisi, professor Yoşhihiro Nişhiaki ilə 11.08.2022- ci il tarixində görüş təşkil edilmişdir.Görüş zamanı ,,Damcılı mağara düşərgəsi”ndə aparılan qazıntılar haqqında fikir mübadiləsi aparılmışdır.
Yaponiyalı arxeoloqla görüş keçirilib