Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi sistemində fəaliyyətin və idarəçiliyin təkmilləşdirilməsi, regionlardakı mədəniyyət müəsissələrində işin effektivliyinin artırılması məqsədilə bölgələrə səfər planına uyğun olaraq, mədəniyyət naziri Anar Kərimov avqustun 30-da Qazax rayonuna səfər edib.
Səfər çərçivəsində cənab Nazir və Qazax rayonunun İcra Hakimiyyətinin başçısı ,,Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun ,,Damcılı” flialına da baxış keçirmişdilər.
Cənab Nazir ərazidə aparılan qazıntılarla, qazıntılardan tapılan eksponatlarla tanış olmuş, müəyyən müzakirələr aparılmış və qoruq tərəfindən təkliflər irəli sürülmüşdür.
Görüşdə Arxeologiya, Etnoqrafiya və Antropologiya institunun baş direktoru Abbas Seyidov da iştirak etmiş və həmin institun əməkdaşı, bu il Azərbaycan ekspedisiyasının rəhbəri t.ü.f.d Yaqub Məmmədov da tapıntılar haqqında qonaqlara məlumatlar vermişdir.
Cənab Nazir və Qazax rayonunun İcra Hakimiyyətinin başçısı ,,Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun ,,Damcılı” flialına da baxış keçirmişlər