“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

27 sentyabr Anım Günü münasibəti ilə “Avey” Dövlət Tarix- Mədəniyyət qoruğunun kollektivi Qazax rayonunda yerləşən Şəhidlər Xiyabanını ziyarət etmiş və idarə daxilində dəyirmi masa təşkil edilmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.
“Avey” Dövlət Tarix- Mədəniyyət qoruğunun kollektivi bu gün münasibəti ilə Qazax rayonunda yerləşən Şəhidlər Xiyabanını ziyarət etmiş və idarə daxilində dəyirmi masa təşkil edilmişdir. Dəyirmi masada qoruğun işçiləri şəhid və qazilərimizin göstərdikləri qəhrəmanlıq və şücaətlərindən bəhs edən çıxışlar hazırlamış, sonda şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra kollektiv qoruğun filialları yerləşən ərazilərdə- Daş Salahlı, Alpout və Ürkməzli kənd qəbiristanlıqlarındakı şəhidlərin məzarlarını ziyarət etmişdir şəhidlərimizin xatirəsi önünə tər qərənfillər qoyulmuşdur. Gün ərzində 44 günlük müharibədə şəhid olan Pənahov Elməddinin ailəsi ziyarət edilmişdir. Həmçinin 13 sentyabr 2022-ci il tarixində Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində yaralanmış olan Quliyev Ülvi Babək oğlunun ailəsinə baş çəkilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
27 sentyabr Anım Günü münasibəti ilə “Avey” Dövlət Tarix- Mədəniyyət qoruğunun kollektivi Qazax rayonunda yerləşən Şəhidlər Xiyabanını ziyarət etmiş və idarə daxilində dəyirmi masa təşkil edilmişdir
Spread the love