Azərbaycanda 2022-ci ilin “Şuşa ili” elan edilməsi münasibətilə 28 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Mədəni irsin qorunmasının aktual problemləri” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. Konfransda qoruğun əməkdaşı Hacıyeva Zibeydə “Abidələrin qorunması və təbliğində yaranan problemlər” adlı məruzə ilə çıxış etmişdir. Türkiyə, Ukrayna, Özbəkistan, Rusiya, İndoneziyadan olan iştirakçıların da qoşulduğu beynəlxalq konfransda, tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir.
2022-ci ilin “Şuşa ili” elan edilməsi münasibətilə 28 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Mədəni irsin qorunmasının aktual problemləri” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.