“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

01.11.2022-ci il tarixində 8 noyabr “Zəfər Günü” münasibəti ilə “Avey” Dövlət Tarix Mədəniyyət qoruğunun  ərazsində Açıq qapı günü təşkil olunmuşdur

01.11.2022-ci il tarixində 8 noyabr “Zəfər Günü” münasibəti ilə “Avey” Dövlət Tarix Mədəniyyət qoruğunun təşkilatçılığı ilə qoruq ərazsində Açıq qapı günü təşkil olunmuşdur. Bu münasibətlə qoruğa Qazax Gənc Qazilər İctimai Birliyinin üzvləri dəvət olunmuşdur. Gənc Qazilər və qoruğun əməkdaşları əllərində bayraqlarla qoruq ərazisinə yürüş etdilər.   Tədbirdə zəfər yürüşündən, qəhrəman əsgərlərimizdən, xalq birliyimizdən və Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazandığımız tarixi qələbəmizdən bəhs edildi. Qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Görüşdə çıxış edən qoruq rəhbərliyi, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov, qoruğun elmi işçiləri və ekskursiyaçıları Zəfər gününün mahiyyətindən, rayonda Şəhid ailələri və Qazilərimizlə görülən işlərdən, Ali Baş Komandan Cənab İlham Əliyevin 44 günlük Vətən savaşında hərtərəfli, uğurlu və yenilməz sərkərdəliyindən söz açdı.    Vətən Müharibəsinin iştirakçıları olan gənc qazilər tədbirdə iştirak edənlərə döyüş əməliyyatlarından yadda qalan maraqlı xatirələrini danışdılar. Qələbəmizin tarixi əhəmiyyətindən, Azərbaycan Silahlı Qüvvələrinin Vətən Müharibəsində keçdiyi şərəfli yolun gənc nəslə çatdırılması istiqamətində görülən işlərdən söz açdılar. Azərbaycan əsgərinin hər an Vətənin keşiyində durmağa hazır olduğunu, bundan sonra da azad olunan torpaqlarımızı göz bəbəyimiz kimi qorumaq üçün daha da sıx birləşməli olmalığımızı xüsusi qeyd etdilər.
Gələn qonaqlara qoruq əməkdaşları tərəfindən abidələrlə bağlı məlumatlar verildi, qazıntılardan tapılan maddi-mədəniyyət nümunələri nümayiş olundu. Tədbirin sonunda “Zəfər Günü” ilə bağlı tədbir iştirakçılarına çay süfrəsi təşkil edildi.

 

01.11.2022-ci il tarixində 8 noyabr “Zəfər Günü” münasibəti ilə “Avey” Dövlət Tarix Mədəniyyət qoruğunun  ərazsində Açıq qapı günü təşkil olunmuşdur
Spread the love