Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə Ağstafa rayon Heydər Əliyev Mərkəzində “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaranmasının 15 illik münasibəti ilə həmin qoruq tərəfindən “Tarix-mədəniyyət abidələrinin qorunması, tədqiqi və təbliğində müasir yanaşmalar” adlı elmi-praktik konfrans keçirilmişdir.Konfransda ,,Avey” Dövlət Tarix- Mədəniyyət qoruğunun əməkdaşları ,,Damcılıda müxtəlif dövrlərdə aparılmış elmi- tədqiqat işlərində varislik və müasirlik” adlı elmi məqalə ilə çıxış etmişlər. Konfransın sonunda digər iştirakçılara və ,,Avey” qoruğunun əməkdaşlarına sertfikatlar təqdim olunmuşdur.




