“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

5-6 dekabr 2022- ci il tarixində Bakı Dövlət Universitetinin tarix fakültəsinin təşkilatçılığı ilə ,,Məmmədəli Hüseynovun daş dövrü arxeologiyasına verdiyi töhfələr” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilmişdir

5-6 dekabr 2022- ci il tarixində Bakı Dövlət Universitetinin tarix fakültəsinin təşkilatçılığı ilə ,,Məmmədəli Hüseynovun daş dövrü arxeologiyasına verdiyi töhfələr” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilmişdir və həmin konfransda ,,Avey” Dövlət Tarix- Mədəniyyət qoruğunun ,,Damcılı” filialında işləyən yaponiyalı və arxeoloji ekspedisiyanın rəhbərləri və əməkdaşları, professor Yohişiro Nişiyaki, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov, ekspedisiya üzvü elmi işçi Ülviyyə Səfərova iştirak etmişlər.

Konfrans çərçivəsində 2016- cı ildən Damcılı mağarasında tədqiqat aparan Yaponiya- Azərbaycan beynəlxalq arxeoloji ekspedisiyanın Yaponiya tərəfindən rəhbəri Tokiyo Universitetinin Professoru Yohişiro Nişiyaki ,,Damcılı mağarasına yenidən baxış: 2016-2022- ci illər arası qazıntıları”, Azərbaycan tərəfdən ekspedisiyanın üzvüləri AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitunun əməkdaşları t.f.d. Yaqub Məmmədov və elmi işçi Ülviyyə Səfərova ,,Damcılı mağarasında aparılmış arxeoloji qazıntıların nəticələrinə dair” və Ülviyyə Səfərova ,,Damcılı abidəsi- tədqiqatın iki mərhələsi: nəticələrin müqayisəsi” adlı məruzələr ilə çıxış etmişdirlər.

5-6 dekabr 2022- ci il tarixində Bakı Dövlət Universitetinin tarix fakültəsinin təşkilatçılığı ilə ,,Məmmədəli Hüseynovun daş dövrü arxeologiyasına verdiyi töhfələr” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilmişdir
Spread the love