“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

“Heydər Əliyev İli” çərçivəsində yanvarın 17-də “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun təşkilatçılığı ilə “20 Yanvar hadisələrinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa təşkil edilmişdir

“Heydər Əliyev İli” çərçivəsində yanvarın 17-də “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun təşkilatçılığı ilə “20 Yanvar hadisələrinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa təşkil edilmişdir. Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və vətən uğrunda canını fəda etmiş bütün şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra tədbiri giriş sözü ilə “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun direktoru Səadət Əliyeva açaraq bildirdi ki, Azərbaycan Respublikasında 2023-cü ilin Heydər Əliyev ili elan edilməsi haqqında Ölkə Prezidentinin 29 sentyabr 2022-ci il tarixli sərəncamına əsasən qoruq il ərzində müxtəlif tədbirlərin həyata keçirilməsini planlaşdırır. Bu günki dəyirmi masa da həmin tədbirlərdən biridir. Daha sonra 20 Yanvar hadisələrinə Ulu Öndər Heydər Əliyev tərəfindən verilən siyasi qiymətdən söz açıb, qeyd etdi ki, həmin günlər xalqının səsinə hər kəsdən əvvəl səs verən Azərbaycan xalqının Ümummilli Lideri hadisələrdən dərhal sonra ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəlib, təcavüzə kəskin etirazını bildirib. Ulu Öndər Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı faciəyə verilən ilk siyasi qiymət idi. Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə respublikamızda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. Belə ki, Respublika Prezidentinin Fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə olundu. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda nəhayət ki, 1990-cı il 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.
Daha sonra tədbirdə iştirak edən qoruq əməkdaşları da çıxışlar edərək qeyd etdilər ki, 1990-cı ilin Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecədə həlak olan vətəndaşlarımız Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. 20 Yanvar hadisələrindən 33 il keçməsinə baxmayaraq şəhidlərimiz unudulmur və Respublikanın bütün şəhər və rayonlarında hər il bu tarixdə minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edir.
“Heydər Əliyev İli” çərçivəsində yanvarın 17-də “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun təşkilatçılığı ilə “20 Yanvar hadisələrinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa təşkil edilmişdir
Spread the love