“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

“20 Yanvar hadisələrinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda ZOOM platformasında onlayn konfrans

“Heydər Əliyev İli” çərçivəsində yanvarın 18-də “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun təşkilatçılığı ilə “20 Yanvar hadisələrinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda ZOOM platformasında onlayn konfrans təşkil edilmişdir. Konfransda “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun əməkdaşları öz məruzələri çıxış edərək qeyd etdilər ki, 20 Yanvar hadisələrinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin böyük rolu olmuşdur. Həmçinin konfransa qoşulan digər qoruq əməkdaşları da , “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruğunun Ekspozisiya və kütləvi ekskursiya şöbəsinin müdiri Alməmmədli Səma “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq tarixi”, Gəncə Dövlət Tarix-Mədəniyyət qoruğunun böyük elmi işçisi Həsənova Aynur “20 Yanvar- Ümumxalq hüzn günüdür”, “Keçikçidağ Dövlət Tarix-Mədəniyyət qoruğunun böyük elmi işçisi Hüseynova Fazilə “20 Yanvar Qan Yaddaşımız” adlı məruzələrlə çıxışlar etdilər. Qeyd etdilər ki, 1990-cı ilin Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecədə həlak olan vətəndaşlarımız Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. 20 Yanvar hadisələrindən 33 il keçməsinə baxmayaraq şəhidlərimiz unudulmur və xalqımızın qan yaddaşında yaşayacaqdır.

“20 Yanvar hadisələrinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda ZOOM platformasında onlayn konfrans
Spread the love