“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu və Qazax rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş dəyirmi masa təşkil edilib.
“Azərbaycan mədəniyyətinin inkişafında Heydər Əliyevin rolu” adlı tədbirə Bakı Dövlət Universitetinin Qazax filialının müəllimləri və Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşları da qatılıb.
Tədbirdə ulu öndərin tariximizə, mədəniyyətimizə, mədəni irsimizə göstərdiyi diqqət və qayğıdan söz açılıb, mədəni dəyərlərimizin qorunması, beynəlxalq səviyyədə tanıdılması istiqamətində atılan addımlardan danışılıb.
Tədbir çərçivəsində “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun ərazisində “100 ağac əkək” adlı ağacəkmə aksiyası da təşkil olunub.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Spread the love