“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

Novruz bayramı ilə əlaqədar “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu da öz ənənəvi pavilionunu quraraq sərgi təşkil etmişdir

18 mart 2023-cü il tarixində Qazax rayonunda xalqımızın milli bayramı olan Novruz bayramı ilə əlaqədar bayram konserti təşkil olunmuşdur. Ümumrayon tədbirində “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu da öz ənənəvi pavilionunu quraraq sərgi təşkil etmişdir. Sərgidə qoruğun tarixi abidələrini özündə əks etdirən suvenirlər, çap məhsulları eyni zamanda Novruz atributları nümayiş etdirilmişdir. Sərgi rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdır.

Novruz bayramı ilə əlaqədar “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu da öz ənənəvi pavilionunu quraraq sərgi təşkil etmişdir
Spread the love