“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

“Heydər Əliyev – Əsrin Lideri və Mədəni irsimiz” adlı intellektual müsabiqə iştirakçıları

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli 3494 nömrəli sərəncamına əsasən 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilmişdir.
Qazax rayon İcra Hakimiyyəti, “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə “Heydər Əliyev – Əsrin Lideri və Mədəni irsimiz” adlı intellektual müsabiqə təşkil edilmişdir. Müsabiqədə Bakı Dövlət Universitetinin Qazax filialının 70 nəfər tələbə və magistrantı iştirak etmişdir. Müsabiqənin 2 gün – 23-26 may 2023-cü il tarixində keçirilməsi nəzərdə tutulmuşdur. Müsabiqənin 1-ci günü 23 may 2023-cü il tarixində yarış iştirakçıları Şəmkir şəhərində “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruğu və Alman-Lüteran kilsəsində, Tovuz rayon Göytəpə yaşayış məskənində, Qazax rayonu “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun “Damcılı” və “Göyəzən” filiallarında oldular.
Müsabiqənin məqsədi Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin inkişafında mühüm rol oynayan, respublikanın elm, təhsil və mədəni həyatında, yüksək ixtisaslı milli kadrların yetişməsində, milli şüurun formalaşmasında, misilsiz rol oynamış Ulu Öndər Heydər Əliyev irsinin o cümlədən bölgəmizin tarixi-maddi irsinin təbliği işinin genişləndirilməsi.
“Heydər Əliyev – Əsrin Lideri və Mədəni irsimiz” adlı intellektual müsabiqə iştirakçıları
Spread the love