“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

Qazax rayon İcra Hakimiyyəti, “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə “Heydər Əliyev – Əsrin Lideri və Mədəni irsimiz” adlı intellektual müsabiqə təşkil edilmişdir

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli 3494 nömrəli sərəncamına əsasən 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilmişdir.
Qazax rayon İcra Hakimiyyəti, “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə “Heydər Əliyev – Əsrin Lideri və Mədəni irsimiz” adlı intellektual müsabiqə təşkil edilmişdir. Müsabiqədə Bakı Dövlət Universitetinin Qazax filialının 70 nəfər tələbə və magistrantı iştirak etmişdir. Müsabiqə 2 gün – 23-26 may 2023-cü il tarixində həyata keçirilmişdir.
Müsabiqənin 2-ci mərhələsi intellektual yarış 26 may 2023-cü il tarixində təşkil edilmişdir. Müsabiqədə yarış iştirakçılarına Ulu Öndər Heydər Əliyev irsindən və yaradıcılığından, tarixi-maddi irsdən, ədəbiyyatımızdan, incəsənətimizdən və digər sahələrdən ümumilikdə 30 sual verilmişdir. Yarışda 17 komanda içərisindən “Qarabağ”, “Barxudarlı” və “Xeyrımlı” komandaları qalib gəlmiş, qaliblər müxtəlif hədiyyələr ilə mükafatlandırılmışdır.
Qazax rayon İcra Hakimiyyəti, “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə “Heydər Əliyev – Əsrin Lideri və Mədəni irsimiz” adlı intellektual müsabiqə təşkil edilmişdir
Spread the love