“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

2022 – Cİ İLDƏ DAMCILI MAĞARASINDA APARILMIŞ BEYNƏLXALQ ARXEOLOJİ TƏDQİQATLARIN NƏTİCƏLƏRİNƏ DAİR MƏQALƏ ÇAP OLUNUB.

2015 – ci ildə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Tokio Universiteti arasında imzalanan memoranduma əsasən Yaponiya – Azərbaycan birgə beynəlxaq ekspedisiyası 2022 – ci ildə də, Prof. Yoşihiro Nişiakinin rəhbərliyi ilə Yaponiyalı mütəxəsislər (Prof. Wakano, Dr. Hiroto Nakata, Dr. Takehiro Miki, Dr. Saiji Arai, Fumika Ikeyama, Şizuka Miyai, Kantaro Tanabe) və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları t.ü.f.d. Yaqub Məmmədovun rəhbərliyi ilə Azərbaycanlı mütəxəsislər (elmi işçlər Ülviyyə Səfərova və Orxan Zamanov) tərəfindən birgə tədqiqatlar davam etdirilmişdir. Tədqiqatlar “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşlarının iştirakı ilə aparılmışdır.
Y. Məmmədov, Ü. Səfərovanın və O. Zamanovun həmmüəllifliyi ilə “2022-ci ildə Damcılı mağarasında aparılmış arxeoloji tədqiqatlara dair” adlı məqalə, Heydər Əliyev – 100: Azərbaycanda Arxeologiya, Etnoqrafiya və Antropologiya elmlərinin prioritet məsələləri mövzusunda Respublika elmi konfransının məqalələr toplusunda işıq üzü görmüşdür. Məqalədə ötən ildə aparılmış tədqiqatların nəticələri əks olunmuşdur.
Qeyd etmək lazımdır ki, tədqiqatların 2023 – cü il mövsümündə də davam etdirilməsi nəzərdə tutulub.
2022 – Cİ İLDƏ DAMCILI MAĞARASINDA APARILMIŞ BEYNƏLXALQ ARXEOLOJİ TƏDQİQATLARIN NƏTİCƏLƏRİNƏ DAİR MƏQALƏ ÇAP OLUNUB.
Spread the love