“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

“Avey” və “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruqlarının birgə təşkilatçılığı ilə 24.06.2023-cü il tarixində ZOOM platformasında “İnsan hüquqlarına və Dayanıqlı İnkişaf Məqsədlərinə” həsr olunmuş maarifləndirici seminar təşkil edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 18 iyun 2231 nömrəli Sərəncamına əsasən ölkəmizdə hər il qeyd olunan “18 may-18 iyun İnsan hüquqları aylığı” çərçivəsində “Avey” və “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruqlarının birgə təşkilatçılığı ilə 24.06.2023-cü il tarixində ZOOM platformasında “İnsan hüquqlarına və Dayanıqlı İnkişaf Məqsədlərinə” həsr olunmuş maarifləndirici seminar təşkil edilmişdir. Seminarda Azərbaycan Gənc Hüquqşunaslar Birliyinin hüquqşünası Elnur Tağıyev məruzəçi qismində iştirak etmişdir. Seminarda insan hüquqlarının yaranma tarixindən, dövlətimizin insan hüquqlarının qorunması istiqamətində atdığı mühüm addımlardan, Ermənistan Silahlı qüvvələrinin hücümları nəticəsində yurd-yuvasından didərgin düşmüş soydaşlarımızın hüquqlarının necə qorunmasından, Azərbaycanın tolerant bir ölkə kimi ərazisində yaşayan azsaylı xalqların hüquqlarının qorunmasından. Dini abidələrə göstərilən qayğılardan və digər görülən işlərdən söhbət açıldı. Seminarda digər qoruqların əməkdaşları da dinləyici qismində iştirak etmişdir.

“Avey” və “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruqlarının birgə təşkilatçılığı ilə 24.06.2023-cü il tarixində ZOOM platformasında “İnsan hüquqlarına və Dayanıqlı İnkişaf Məqsədlərinə” həsr olunmuş maarifləndirici seminar təşkil edilmişdir.
Spread the love