2023-cü il Heydər Əliyev ili çərçivəsində “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun təşkilatçılığı ilə azərbaycanlı arxeoloq Məmmədəli Hüseynov tərəfindən Damcılı mağara düşərgəsində aparılan arxeoloji tədqiqatların 70 illiyinə həsr olunmuş elmi seminar keçirilmişdir.
Məmmədəli Hüseynov 1953-56-cı illərdə Damcılı mağara düşərgəsində arxeoloji qazıntılar aparmış, müxtəlif dövrlərə aid mühüm tapıntılar əldə etmişdir. 60 ildən sonra bu ərazidə tədqiqatlar yenidən bərpa edildi. 2015-ci ilin yayında Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, Yaponiyanın Tokio Universiteti Universitet Muzeyi arasında bağlanan 3 tərəfli uzunmüddətli beynəlxalq memorandum imzalandı. Memoranduma əsasən qoruğun Damcılı mağara düşərgəsinin ətrafında 2016-2023-cü illərdə arxeoloji tədqiqatlar həyata keçirildi. Bu illər ərzində əldə edilən uğurlar, nəticələr elmi seminarda müzakirə edildi. Elmi seminarda Daş dövrü üzrə mütəxəssis, professor Yoşihiro Nişiaki, AMEA-nın Arxeologiya Antropologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları dosent, tarix üzrə fəlsəfə doktoru Mənsur Mənsurov, dosent, tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov, elmi işçilər Ülviyyə Səfərova, Orxan Zamanov, BDU-nun Qazax filialının əməkdaşları sənətşünaslıq üzrə fəlsəfə doktoru İmaş Hacıyev və Ülviyyə Bayramova, Qazax rayon İcra hakimiyyətinin nümayəndəsi Ceyhun Rüstəmov, “Avey” və “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruqlarının əməkdaşları iştirak etmişlər.












2023-cü il Heydər Əliyev ili çərçivəsində “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun təşkilatçılığı ilə azərbaycanlı arxeoloq Məmmədəli Hüseynov tərəfindən Damcılı mağara düşərgəsində aparılan arxeoloji tədqiqatların 70 illiyinə həsr olunmuş elmi seminar keçirilmişdir