Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Qazax rayonunda “Mədəni irsimizi tanıyaq, tanıdaq və birgə qoruyaq” mövzusunda təqdimat keçirib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Xidmətin Mədəni irsin qorunması şöbəsinin müdiri Səbuhi Bəşirov, Qoruqların idarə olunması və istifadəsinə nəzarət sektorunun müdiri Mahir Qəhrəmanov, Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunda böyük məsləhətçi Fariz Hüseynli və rayonun digər idarə və müəssisə rəhbərləri, mədəniyyət işçiləri iştirak ediblər.
Tədbirdən sonra Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndələri rayonda yerləşən “Qazax Müəllimlər Seminariyası”, “İsrafil ağa hamamı”, “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun idarə binası, “Didivan” qülləsi və Baba Dərviş yaşayış məskəni abidələrinə baxış keçirmişlər. Sonra “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun ərazisində yerləşən Alban məbədi və Damcılı mağara düşərgəsinin ərazisində olmuş, burada aparılan arxeoloji qazıntılarlarla və qazıntılardan əldə edilən eksponatlarla yaxından tanış olaraq təklif və tövsiyələrini bildirmişlər.
“Mədəni irsimizi tanıyaq, tanıdaq və birgə qoruyaq” mövzusunda təqdimat