Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar oktyabrın 15-də “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyətinin, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Qazax rayonunun Daş Salahlı kəndi ərazisində veloyürüş keçirilib.
İştirakçılar əvvəlcə 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır!” Abidə Kompleksini və Qazax rayonunun Daş Salahlı kəndi ərazisində yerləşən Şəhidlər Xiyabanını ziyarət ediblər.
BDU-nun Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri və məktəblilərin iştirakı ilə baş tutan veloyürüş Daş Salahlı kəndində olan Şəhidlər Xiyabanından start götürərək 4 km məsafədə davam edib və “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun “Damcılı” filialında başa çatıb.
Tədbir iştirakçılarına qoruğun əməkdaşları tərəfindən “Abidələrimiz keçmişimiz, bu günümüz və gələcəyimizdir” mövzusunda slayd təqdim edilib.
Yürüşdə iştirak edən tələbə və gənclərə sertifikatlar təqdim olunub.
Tədbirin sonunda tədbir iştirakçılarına çay süfrəsi təşkil edilib.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar oktyabrın 15-də veloyürüş keçirilib.