“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

07.11.2023-cü il tarixində “Zəfər günü” münasibətilə “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunda tədbir keçirilib.

07.11.2023-cü il tarixində “Zəfər günü” münasibətilə “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun inzibati binasında dəyirmi masa təşkil edilmişdir. Tədbirdə vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş hərbçilərin və mülki vətəndaşların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, çıxışlar dinlənilmişdir.
Daha sonra qoruğun “Damcılı” filialında qoruq əməkdaşları tərəfindən “Tarixi abidələr-keçmişimiz və bu günümüz” adlı açıq dərslər təşkil edilmiş,qoruq ərazisinə gələn gənclərə Zəfər günü və tarixi abidələrimizlə bağlı slaydlar təqdim edilmiş, ətraflı məlumatlar verilmişdir.
07.11.2023-cü il tarixində “Zəfər günü” münasibətilə “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunda tədbir keçirilib.
Spread the love