“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədovun və elmi işçi Ülviyyə Səfərovanın “Damcılı mağarasında son illərdə aparılmış arxeoloji tədqiqatlara dair” adlı elmi məqaləsi nəşr olunub

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları, Damcılı arxeoloji ekspedisiyasının rəhbəri tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədovun və ekspedisiya üzvü elmi işçi Ülviyyə Səfərovanın “Damcılı mağarasında son illərdə aparılmış arxeoloji tədqiqatlara dair” adlı elmi məqaləsi AMEA Naxçıvan bölməsinin “Elmi Əsərlər jurnalında nəşr olunub.
Məqalədə 2016 – cı ildən etibarən Azərbaycan – Yaponiya alimləri tərəfindən aparılan birgə tədqiqatlar nəticəsində əldə olunmuş elmi yeniliklər əks olunmuşdur. Qeyd etmək lazımdır ki, 2015-ci ildə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Tokio Universiteti arasında imzalanan memoranduma əsasən Azərbaycan – Yaponiya birgə beynəlxalq arxeoloji ekspedisiyası təşkil olunub.
Azərbaycanda qeydə alınıb öyrənilmiş ilk paleolit düşərgəsi olan Damcılı mağarasında M.Hüseynovun rəhbərliyi ilə XX əsrin 50-ci illərində aparılmış arxeoloji qazıntılar mağarada orta paleolitdən orta əsrlərə qədər insanın məskunlaşdığını sübut etmişdir. Lakin mədəni təbəqələrin stratiqrafiyası zədələndiyindən bu tədqiqatlar nəticəsində aşkar edilmiş artefaktlar qarışıq kontekstdən əldə olunmuşdur. 2016-cı ildə başlanmış Azərbaycan-Yaponiya birgə tədqiqatları nəticəsində ilk dəfə olaraq yaxşı qorunmuş mədəni çöküntülər mağaranın şərq hissəsində M.Hüseynovun tədqiq etdiyi qazıntı sahəsindən təxminən 50 m aralıda aşkar edilmişdir. Bu qazıntılar Damcılı mağarasının Cənubi Qafqazın nadir çoxtəbəqəli arxeoloji abidəsi olduğunu sübut etməyə imkan vermişdir və bir sıra elmi məsələlərin həllinə öz töhfəsini vermişdir. Tədqiqatımızın əsas nailiyyətləri sırasında ilk növbədə mezolit dövrünün sonuna aid olan və neolit dövrünə keçidi əks etdirən yaxşı qorunmuş mədəni təbəqələrin müəyyən edilməsini qeyd etməliyik. Hələlik bu, Cənubi Qafqazda ilk belə kəşfdir və regionda mezolitdən neolitə keçidi araşdırmaq üçün unikal imkan yaradır.

 

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədovun və elmi işçi Ülviyyə Səfərovanın “Damcılı mağarasında son illərdə aparılmış arxeoloji tədqiqatlara dair” adlı elmi məqaləsi nəşr olunub
Spread the love