Abidələr diyarı qədim Qazax
Azərbaycanın çox qədim və zəngin tarixi ilə qürur duyuruq. Vətənimizin keçmişini öyrənmək üçün tarixi abidlərin böyük əhəmiyyəti var. Bu abidələr vasitəsi ilə babalarımızın yaşayışını, təsərrüfat həyatını və mədəniyyətini oyrənmək mümkündür. Hər il respubikamızın müxtəlif guşələrində arxeoloji ekspedisyalar tarixi keçmişimizin unudulmuş, torpaq altında gizlənmiş abidələri kəşf edirlər. Tarixi abidələrin qədimliyinə və çoxluğuna görə Qazax rayonu xüsusi yer tutur və abidə zənginliyi baxımıdan bu rayonun ərazisi digər bölgələrlə müqayisə edilməzdir. Qazax ərazisində qazıntı işləri aparan arxeloqar deyrdilərki, burada tapılan bəzi abidələrin müqabili bütün şərqdə yoxdur. Bu abidələr fonunda bütün bəşəryyətin təkamül prosesi aydn görünür. Qədim yaşayış məntəqəsi olan Qazax rayonu tarixi-coğrafi şərait və strateji mövqe baxımından çox əlverişli ərazidə, ulu Oğuz təpələridən baş alıb gələn Ağstafa (Oğuz təpə) çayınn sağında və solunda yerləşir. Əski çağlarda və orta əsrlərdə bu şəhərlərin Şamaxı-Gəncə-Tiflis, Dərbənd-Şabran-Bakı-Gəncəİrəvan-Təbriz, Gəncə-Sınıq körpü-Tiflis, Naxçıvan-İrəvan-Tiflis istiqamətli karvan yolları buradan keçib. Qazax vaxtilə oymaq, vilayət, sultalıq, sonralar isə Qəza mərkəzi olub. 1909-cu il Çar Rusiyası vatından şəhər statusu alıb. “Qazax” sözünün açması, mənalandırılması və şərhi ilə bir çox alimlər, etnoqraflar, tarixçilər məşğul olub. Əlimizdə olan tarix, dilçilk və toponomika ədəbiyyatında, lüğətlərində bu sözün 6-7 variantda izahına təsadüf edilir. Fikrimizcə ən ağlabatan mövqe akademik Ə.Ə. Dəmirçizadəyə və M.Ə.Seyidova məxsusdur. Bəs bir oykonim kimi(yaşayış yeri adı) Qazax(Qazaq) nə deməkdir? Burası bəllidir ki, qədim və çoxşaxəli Qazax türk tayfasının adı şəhərimizin adında bərqarar olur. Həm də bu tayfa eramızdan çox- çox əvvəl məskunlaşmış və Azərbaycan- Türk xalqının etnogenizində yaxından iştirak edib. Oykonim yəqin ki, “qas”(qaz) və “aq”(ağ) sözlərinin birləşməsindən yaranmışdır. Çox güman ki, Kaspi(Qaspi) dənizinin qərb hövzəsindən qərbə və cənuba yayılan bu tayfanın bir qolu da Qafqaz Albaniyasının qərbində (Qazax, Ağstafa, Tovuz, Borçalı, Qaraçöp, Günən, Dilcan törəyib artıb. “Qas” öncə “qaz”, sonralar isə “xaz”(xəzərlər) adlanan tayfa birliyinin soyadıdır. Əski türkcədə “ucalıq”, “yüksəklik”, “dağ” deməkdir. “Ağ” isə mütəxəsislərin fikirincə həm yurd, məkan bildirir, həm də qalxmaq, ucalmaq mənasını verir. M.Ə.Seyidovun gəldiyi bu nəticəyə şərik oluruq ki, “qazaq”(qazax) yüksəkliyə, ucalığa ucalan, ucalıqda yaşayan deməkdir. Ayrı sözlə Qazax “dağ adamı”, “dağlı” mənasını verir. Demək Qazax dağ adamlarının, dağlı qaslarının məskənidi. Xatırlayaq ki, ulu babalarımız olan qasların ilk öncə Avey, Göyəzən, Günən, Gülül, Naltökən, Babakər,Qələmçə dağlarının ətəklərində məskunlaşdıqları güman edilir. Akademik Z.M.Bünyadova görə Qazax əvvəl ölkə, vilayət, sonralar şəhər adı kimi işlənib. Nəticə etibarı ilə deyə bilərik ki, doğma şəhərimizin adı bəşər sivilizasiyasının ilkin çağlarından bu ərazidə məskunlaşmış ulu türk tayfasının adını yaşadır. Bu yaşayış məntəqəsinin ilk binaları indiki ərazidə, yaxud onun yaxınlığında tikilmişdir və azı 1400 il bundan əvval Qazax Böyük Azərbaycanın, onun ayrılmaz hissəsi olan Qafqaz Albaniyasının tanınan şəhərlərinin sırasındadır. Uzaq əsrlərin arasından səsi gələn bu tarixi şəhər hazırda Azərbaycanın inzibati rayonlarından biridir. 1930-cu ildə təşkil edilib. Azərbaycanın qərbində yerləşir. Gürcüstan ve Ermənistanla həmsərhəddir. Ümumi sahəsi 698 kv/km., ǝhalisi 90.000-dir. Rayonda bir şəhər, bir qəsəbə, 34 kənd var. Ən böyük kəndi Daş Salahlı, Çaylı kəndi hesab edilir. Qazax rayonunun səthi dağlıq və düzənlikdir. Ən hündür zirvəsi 1300 metr yüksəklikdə yerləşən Odun dağıdır. Rayonun kənarından dan Kür çayı keçir. Rayonda daş, gil karxanaları, xalçaçılıq, heyvandarlıq, üzümçülük, taxılçılıq inkişaf edib. Özünün füsunkar görünüşü, tarixi və ən nəhayət zəngin tarixi abidələri ilə diqqət mərkəzində olan bu diyar bir çox tarixçilərin tədqiqat obyekti olub. Rayonun ərazilərindən tapılan tapıntılar bir daha sübut edir ki, burada yaşayış lap qədimlərdən mövcuddur.Xarabaıqarı Yuxarı Əskipara kəndində qalan Albaniyanın qədim şəhərlərindən olan Xalxal şəhəri, Baba Dərviş abidəsi, qədim Damcılı mağarası bütün bunları bir daha sübut edir. Eyni sözləri çox qədim dövrün yadigarı olan Avey dağındakı Alban məbədi, Didəban gözətçi məntəqəsi və Göyəzən qalası haqqında da demək olar. Zaqafqaziyanın bütün möhtəşəm qalalarının heç biri Göyəzən ilə müqayisəyə gəlmir. Yerli camaat ona yeddi bürclü Oğuz qalası da deyir. Bu abidələr fonunda bütün bəşəriyyətin təkamül prosesi aydın görünür. Təkcə Avey dağı ərazisində yüzə qədər ibtidai mağara vardır. Yuxarı Əskipara kəndindəki Qala bürcü, Şəkər qala məbədi, Qatır körpüsü, Kazım körpüsü, Qızıl Hacılı körpüsü kimi abidələri hələ tam öyrənilməyib. İndiyə qǝdər öz əhəmiyyətini itirməyən Xram çayı üzərindəki Qırmızı kör- pü XII əsrin yadigarıdır. Bu abidə qədim körpü salmanın monimental bir nümunəsidi Yuxarı Əskipara kəndindəki Qala bürcü, Şəkər qala məbədi, Qatır körpüsü, Kazım körpüsü, QIzıl Hacılı körpüsü kimi abidələri hələ tam öyrənilməyib. İndiyə qədər öz əhəmiyyətini itirməyən Xram çayı üzərindəki Qırmızı körpü XII əsrin yadigarıdır. Bu abidə qədim körpü salmanın monimental bir nümunəsidir. XXI əsrdə də Qazax rayonu durmadan inkişaf edir. Tərəqqidədir və bu inkişaf nəticəsində yeni- yeni abidələr yaranmaqdadır. Yuxarıda dediklərimizdən fərqli olaraq keçən əsrlərin tarixi memarliq abidələrinin davamı kimi bu gün şəhərimizdə bir çox yeni memarlıq abidələri inşa olunmuşdur ki, bütün bu abidələr xalqımızın xəzinəsi hesab edilir.
Elnurə Aliyeva
“Avey” Dövlət qoruğunun elmi işçis