“Avey” Dövlət Tarix- Mədəniyyət qoruğunun inzibati binasında AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitunun əməkdaşı tarixçi- etnoqraf İsmayıl Umudlu və BDU- nun professoru, filologiya elmləri doktoru Valeh Nəsiblinin iştirakı ilə dəyirmi masa təşkil edilmişdir. Qonaqlar qoruq ərazisində yerləşən şəhərgahlardan, dağlara və ərazilərə verilən tarixi adların etimologiyasından, toponimlərdən, oykonimlərdən, bu ərazidə yaşamış qədim insanların həyat tərzi və dini inancları ilə bağlı məlumat vermiş və bu istiqamətdə qoruq əməkdaşları ilə müzakirələr aparmışlar.
AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitunun əməkdaşı tarixçi- etnoqraf İsmayıl Umudlu və BDU- nun professoru, filologiya elmləri doktoru Valeh Nəsiblinin iştirakı ilə dəyirmi masa təşkil edilmişdir