“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun əməkdaşları bölgədə aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış olmaq məqsədilə Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində yerləşən Tavatəpə qədim yaşayış məskəninə səfər etmişlər. Qoruq əməkdaşlarına xarici mütəxəssislərin – türkiyəli və italiyalı arxeoloqların iştirakı ilə AMEA-nın Arxeologiya və Antropologiya İnstitunun dosenti, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilovun rəhbərliyi ilə aparılan qazıntılarda abidənin tarixi, arxeologiyanın predmeti, eksponatların dövrlər üzrə sistemləşdirilməsi, geoskan aparatının işlənmə mexanizmlərini haqqında ətraflı məlumat verilmişdir.
“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun əməkdaşları bölgədə aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış olmaq məqsədilə Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində yerləşən Tavatəpə qədim yaşayış məskəninə səfər etmişlər