28.05.2024-cu il tarixində “Respublika günü” münasibəti ilə “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu ərazisində arxeoloji tapıntılardan ibarət sərgi təşkil edilmişdir. Bu əlamətdar gün münasibətilə Ağstafa rayon şəhid Azər Ələkbərov adına Köçəsgər kənd 2 saylı tam orta məktəb və Ağstafa rayon Dağ Kəsəmən 1 saylı tam orta məktəbin, Tovuz rayon Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbin şagird və müəllim kollektivləri qoruğumuzun “Damcılı” filialına gəlmişdirlər. Onlara Damcılı mağara düşərgəsi və tarixi abidələrimiz haqqında geniş məlumatlar verilmişdir. Maddi-mədəniyyət nümunələrinin sərgiləndiyi pavilyon şagirdlərdə xüsusi marağa səbəb olmuşdur.






