“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

Damcılı düşərgəsində arxeoloji qazıntıların      dünəni və bu günü.

“Avey” Dövlət Tarix Mədəniyyət qoruğunun elmi işçisi  Baxşıyeva Gülmirə.  

 Damcılı düşərgəsində arxeoloji qazıntıların  dünəni və bu günü.  

       Azərbaycan xalqının çox qədim və zəngin tarixi vardır. Vətənimizin keçmişini öyrənmək işində tarixi abidələrin çox böyük əhəmiyyəti var . Bu abidələrin vasitəsi ilə babalarımızın yaşayışını, təsərrüfat  həyatını və mədəniyyətini öyrətmək mümkündür. Azərbaycanda daş dövrünə aid 20-dən çox düşərgə və yaşayış yeri vardır.Düşərgələrin bir qismi mağaralarda qazintı zamanı üzə çıxarılmışdır. Bunlardan biridə Damcılı mağarasıdır. Damcılı mağara düşərgələri Qazax rayonu Daşsalahlı kəndi ərazisində Avey dağının ətəklərində qalın qaya qatların altında qeydə alınıb öyrənilmişdir. Damcılı mağara düşərgəsinin straqrafik quruluşu, arxeoloji materiallar, onların təbəqələrində aşkar olunmuş, arxeoloji qalıqlar əsasında Azərbaycanda paliolit dövrləşməsi haqqında fikir söylək mümkündür. 

     1953-cü ildə professor S.N. Zamyatinin rəhbərliyi ilə Qazax rayonun Daş salahlı kəndi ərazisində Avey dağındakı mağaralarda Azərbaycanda Daş dövrünün öyrənilməsi ilə əlaqədar kəşfiyyat xarakterli tədqiqat  işləri aparılmışdır. Sonralar Azərbaycan ərazisində Daş dövrünün ilk elmi tədqiqi 1956-cı ildə M.M.Hüseyinov tərəfindən başlanılmışdır. Keçən müddətdə bu ərazidə Daş dövrünün ayrı-ayrı mərhələlərinə, xüsusən paleolit və mezolit dövrünə aid bir sıra qiymətli abidələr üzə çıxarılmış və öyrənilmişdir. Hazırda Azərbaycanda stratiqarafik  (yəni suxur laylarının,  yatım ardıcıllığını, qarşılıqlı əlaqələrini, ilkin yatın formalarını, nisbi və mütləq yaşını tətbiq etmək) baxımından düzgün sənətləşdirilmiş bir neçə paleolit düşərgəsi mövcuddur. Mustye dövrü abidələri qazıntı halında Daş salahlı və Damcılı mağara düşərgələrində qeydə alınıb öyrənilmişdir. Daş  salahlı mustye düşərgəsindədə ocaq düşərgənin kənarında –qaya döşəmənin çökərdilmiş yerində salınmışdır. Daş salahlı mağarasının şimal tərəfi açıq olduğuna görə burda müxtəlif qaya daşlarından divar düzəldilmişdir. Həmin divarın dibində ocaq qeydə alınmışdır. Damcılı mustye düşərgəsində qırmızı boya qırıntılarına təsadüf olunmuşdur. Mustye dövrünə aid alətlər əsasən üçbucaq formalı iti uclu, iri dairəvi qaşovlar, disk şəkilli nukleuslar, alət üçün qaşovlar və qəlpələrdən ibarətdir. Paleolit dövrünün özündən sonra mezolit keçid daş dövrü başlayır. Mezolit dövrü o qədərdə uzun sürməmiş, yəni dövr – neolitlə əvəz edilmişdir. Mezolit və paleolit dövründə Damcılı düşərgəsindən daş alətlərlə yanaşı, ocaq qalıqları və az miqdarda tünd qırmızı oxra  (piy qarışmış) qırıntılarda aşkar edilmişdir. Bu dövrdə Damcılıdan qələmvari nukleusların tapılmasıda çox əhəmiyyətlidir. 1956-58- ci illərdə aparılan arxeoloji qazıntılar nəticəsində mağaralardan, qarışıq təbəqələrdən 8 mindən artıq daş kəsici alət, müxtəlif heyvanlara aid sümüklər, kül izləri tapılıb.

Yuxarıda qeyd etdiyimiz kimi, Avey dağının Damcılı mağarasında əldə olunan daş dövrü yadigarları forma və müqayisəsinə görə alt paleolit. üst paleolit, mezolit və neolit dövrlərini əhatə etmişdir.

     Avey Dövlət Tarix-Mədəniyyət qoruğunun arxeoloji qazıntı işlərinin ikinci mərhələsinə 2015-ci ildə aparıldı.

  2015-ci ilin yayında Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Yaponiyanın Tokio Universitetinin Daş dövrü mütəxəsisi professor Yoşihiro Nişiakinin rəhbərliyi ilə böyük bir heyyət Avey dağı ətəklərundə kəşfiyyat xarakterli axtarış aparmaq üçün qoruq ərazisində dəvət olundu. Damcılı mağarası və mağara düşərgəsinin ətrafında dünya əhəmiyyətli arxeoliji irsi kompleks tədqiq etmək üçün 3 tərəfli 5 illik Beynəlxalq Memorandum imzalandı.Bu memorandum Mədəniyyət Nazirliyi tərəfindən Avey Dövlət Tarix Mədəniyyət qoruğu, AMEA nın Arxeolojiya və Etnoqrafiya İnsititutu Yaponiyanın Tokio Universitetinin Universitet Muzeyi arasında bağlandı.

      2016-cı ilin avqust ayının 8-dən 24-nə kimi  Avey DTM qoruğunun ərazisində yerləşən dünya əhəmiyyətli Damcılı mağara düşərgəsində arxeoloji qazıntılara başlanmışdır.

Ilkin tədqiqatlar zamanı kəşfiyyat xarakterli 10- a yaxın müxtəlif istiqamətlərdə qazıntı işləri aparılmışdır. Yaponiyalı və yerli arxeoloqların birgə işlədiyi ərazinin 4m. dərinliyində qazıntı işləri aparılarkən orta əsrlərə, tunc dövrünün sonuna aid, daha dərində isə neolit dövrü qalıqları, ocaq yerləri, fauna nümunələri (sümüklər), təxminən yarım metr dərində lal təbəqədən aşağıda isə orta paleolit dövrünün son mərhələsini əks etdirən qəlpə, nüvə tullantıları və alət nümunələri əldə olunmuşdur.

2017-ci ilin iyulun iyulun 17-dən başlayaraq artıq 2-ci dəfə beynəlxalq ekspedisiya qoruq ərazisində qazıntılara başladı. Bu il sadəcə bir quyu üzərində  işlənərək 5 metrədək dərinlikdəqazıntı işləri aparıldı. Qazıntılar zamanı torpaq  horizontal təbəqəyə bölündü. 2016-cı ildə olduğu kimi, neolit təbəqəsində saxsı qablar az sayda aşkar olundu. Lakin aşkar olunmuş saxsı nümunələri xüsusiyyətinə və hazırlanma üsuluna görə Göytəpədən aşkar olunmuş saxsı ilə eynilik göstərdi. Təbəqələrdən aşkar olunan obsidian alətlər də təbəqənin bu xronoloji dövrə aid olduğunu göstərir. Eyni zamanda bu təbəqədən tapılan və təhlil olunan nümunələr təbəqənin yaşını müzolit dövrünə aid edir.Təbəqədən bir neçə orta palolit dövrünə aid levallual tipli alət aşkar olundu. Beynəlxalq ekspedisiya işlərini 2018-ci ildə davam etdirmək məqsədi ilə iyul ayının 30-u öz işlərini yekunlaşdırdılar.

Əldə olunmuş nümunələrin mütləq tarixi yaşının müəyyənləşməsi ücün Yaponiya lobaratoriyalarına göndərildi. Aparılan tədqiqatlar bu təbəqənin mütləq yaşının e.ə.VII minilliyə aid etdi.

12.07.2018-ci il tarixində Beynəlxalq ekspedisiya Damcılı mağara düşərgəsində növbəti qazıntı işlərinə start verdi. Aparılan tədqiqatlar nəticəsində burada orta əsrlə, tunc, neolit, mezolit və orta paleolit təbəqələri ardıcıl olaraq aşkarlanıb. Tapılan maddi-mədəniyyət nümunələrinin dövrlərini müəyyənləşdirmək məqsədi ilə Yaponiya laboratoriyalarına göndərildi.   

Beynəlxalq ekspedisiyanın məqsədi ərazinin qədim insan məskəni olduğunu bir daha təstiqləmək, bundan başqa, neolitdən əvvəlki dövrlərə aid maddi sübutlar əldə etməkdir. Tədqiqatların növbəti illərdə də davametdirilməsi qərara alınıb.

Qeyd edək ki, Azərbaycan ərazisində Qobustandan sonra ilk dəfə Damcılı düşərgəsində toxunulmamış mezolit təbəqəsi qeydə alınıb.

        “Avey”Dövlət Tarix Mədəniyyət qoruğunun elmi işçisi  Baxşıyeva Gülmirə.  

Damcılı düşərgəsində arxeoloji qazıntıların      dünəni və bu günü.
Spread the love