Avey qoruğunun əməkdaşları tərəfindən qoruğun Damcılı filialında şərti adı Avey adlanan yeni aşkar edilmiş mağarada AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun arxeoloqları t.ü.f.d. Yaqub Məmmədov, t.ü.f.d. dosent Azad Zeynalov və t.ü.f.d. Mansur Mansurov tərəfindən arxeoloji kəşfiyyat işlərinə başlanılmışdır. Mağaranın axeoloji tədqiqata cəlb edən səbəb burada qədim zamanlarda yaşayan insanlar üçün əlverişli şəraitin olmasıdır. Su ehtiyatı üçün Qara bulaq mağaradan 30 metr-lik məsafədə yerləşmişdir. Həmçinin insanların yaşaması üçün ovçuluq dövründə bu ərazilərə heyvanların su üçün gəlməsi və yığıcılıq dövründə ətrafda yetişən əncir, meşə zoğalı və digər giləmeyvələrin mövcud olmasını qeyd etmək olar. Şərti olaraq Avey mağarası adlandırılan mağara Damcılı bulağı ilə Qara bulağın arasında yerləşir və Qara bulağa daha yaxındır. Mağaranın dərinliyi 25 metrə qədər, hündürlüyü 5 metr bəzən 10 metrə qədərdir, eni bəzi hissələrdə 2,5 metr bəzi hissələrdə isə 3,5 metrə qədər uzanır. Mağaranın alt hissəsində çox böyük qaya daşları və zamanla yerə tökülmüş çınqıllar mağaranın mədəni təbəqəsinin üzərində 2-3 metr hündürlükdə maneə yaratmışdır. Mağaradan təxminən 1,5 metr dərinlikdə orta əsrlərə aid saxsı qab qırıqları, 0,70 metrdən isə ocaq izlərinə rast gəlinməyə başlanır.
Mağara turizm cəhətdən, ziyarətçilərin baxış keçirməsi üçün çox əlverişli yerdə yerləşir. Bura gələcəkdə turustlərin ekskursiyaya gəlməsi üçün unikal bir yerdir. Avey mağaraları – Damcılı mağarası və digər mağaralar sıldırım qayalıqlarda yerləşir və gediş-gəliş üçün çətinliklər törədir. Yeni aşkar edilmiş mağara isə Qara bulağın yaxınlığında turistlərin daima istifadə edə biləcəkləri yerdədir. Həmçinin mağaraya gedən 100 metrəyə yaxın yolun abadlaşdırılması və digər təhlükəsizlik tədbirlərin görülməsi qoruq tərəfindən planlaşdırılır.
Avey qoruğunun əməkdaşları tərəfindən qoruğun Damcılı filialında şərti adı Avey adlanan yeni aşkar edilmiş mağarada AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun arxeoloqları t.ü.f.d. Yaqub Məmmədov, t.ü.f.d. dosent Azad Zeynalov və t.ü.f.d. Mansur Mansurov tərəfindən arxeoloji kəşfiyyat işlərinə başlanılmışdır