Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən təsdiqlənmiş 2024-cü ilin iş planına əsasən ölkə ərazisində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqları arasında birgə əməkdaşlıq edilməsi məqsədilə “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun əməkdaşları “Qədim Şəmkir Şəhəri” Dövlət tarix-mədəniyyət qoruğunun təşkil etdiyi “Qədim Şəmkir Şəhərinin arxeoloji-memarlıq irsi: tədqiqi, qorunması və təbliği”, Gəncə şəhərində dahi Azərbaycan şairi və mütəffəkiri Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş “Nizami günləri” layihəsində və “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğunun təşkil etdiyi “Keşikçidağda elmi-arxeoloji qazıntılar və Yay məktəbi-4” adlı layihədə iştirak etmişdirlər.
“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun əməkdaşları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən təsdiqlənmiş 2024-cü ilin iş planına əsasən ölkə ərazisində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqları arasında birgə əməkdaşlıq edilməsi məqsədilə müxtəlif layihələrdə iştirak etmişdirlər