Birləşmş Millətlər Təşkilatının İqlim Dəyişkənliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sesiyası (COP29) ilə əlaqədar “Avey” Dövlət Tarix- Mədəniyyət qoruğunun kollektivi bir neçə tədbir həyata keçirmişdir.
“Avey” Dövlət Tarix- Mədəniyyət qoruğunun “Damcılı” flialına gedən Daş Salahlı kəndi ərazisində, Qazax Daş Salahlı yolu istiqamətində “Təmiz gələcək, Təmiz dünya” adlı iməclik təşkil edilmişdir. Ərazi qoruq əməkdaşları tərəfindən tullantılardan təmizlənmişdir.
“Avey” Dövlət Tarix- Mədəniyyət qoruğunun elmi işçiləri və ekskursiyaçıları tərəfindən Qazax şəhər İsmət Qayıbov adına 3 saylı tam orta məktəbin VII sinif şagirdlərinə “İqlim dəyişikliyinə məruz qalmış abidələr və onların qorunması yolları” adlı videoslayd vasitəsi ilə maarifləndirici dərslər təşkil edilmişdir.
“Avey” Dövlət Tarix- Mədəniyyət qoruğunun əməkdaşları tərəfindən Qazax şəhər Səlim Əfədiyev adına 1 saylı orta məktəbin VI sinif şagirdləri üçün qoruğun “Damcılı” flialında “COP29: Təbiətin və abidələrin kəşfində gənc addımlar” adı ekskursiya təşkil edilmişdir. Qoruq ərazisindəki abidələr vasitəsilə məktəblilər mədəniyyət və təbiət arasında yaranmış tarixi əlaqələri öyrənir, qədim insanların təbiətlə harmoniyada yaşadıqları bir dövrü anlayırlar. Ekskursiya zamanı uşaqlara tarix və təbiətin gələcək nəsillərə ötürülməsinin vacib miras olması fikri aşılandı.
Birləşmş Millətlər Təşkilatının İqlim Dəyişkənliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sesiyası (COP29) ilə əlaqədar “Avey” Dövlət Tarix- Mədəniyyət qoruğunun kollektivi bir neçə tədbir həyata keçirmişdir