4-8 noyabr 2024-cü il tarixlərində Türkiyənin Şanlıurfa şəhərində təşkil edilən “Dünya Neolit Konfransı”nda “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun abidələrinin tanıdılması və təbliği məqsədilə “Azərbaycanın qərb bölgəsində aparılmış neolit dövrünə aid tədqiqatların nəticələri” mövzusunda poster sərgilənmişdir. Posterdə Azərbaycanda ən qədim neolit dövrünü özündə əks etdirən Damcılı mağara düşərgəsindən bəhs edilmişdir.
Konfransın proqramına əsasən konfrans iştirakçıları üçün dünyanın ən qədim abidələrindən biri sayılan, e.ə.10 minilliyə aid edilən Göbəklitəpə, Sayburc, Çaxmaqtəpə, Harbetsuvan, Qarahantəpə və Səfərtəpə arxeoloji abidələri ilə yaxından tanış olmaq və Şanlıurfa Arxeoloji Muzeyinə baxış keçirmək üçün ekskursiya təşkil edilmişdir.
Türkiyənin Şanlıurfa şəhərində təşkil edilən “Dünya Neolit Konfransı”nda “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun abidələrinin tanıdılması və təbliği məqsədilə “Azərbaycanın qərb bölgəsində aparılmış neolit dövrünə aid tədqiqatların nəticələri” mövzusunda poster sərgilənmişdir