“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

Fransanın Paris şəhərində təşkil edilən “12-ci Beynəlxalq Qabaqcıl Elmi Tədqiqatlar və Disiplinlərarası Araşdırmalar Konfransı”nda “Azərbaycan Alban məbədləri və onun tarixi əhəmiyyəti” adlı məqalə ilə onlayn şəkildə iştirak edilmiş və sertifikat əldə edilmişdir

“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu beynəlxalq arenada təbliğat işini mütəmadi olaraq onlayn şəkildə də davam etdirir. Fransanın Paris şəhərində təşkil edilən “12-ci Beynəlxalq Qabaqcıl Elmi Tədqiqatlar və Disiplinlərarası Araşdırmalar Konfransı”nda “Azərbaycan Alban məbədləri və onun tarixi əhəmiyyəti” adlı məqalə ilə onlayn şəkildə iştirak edilmiş və sertifikat əldə edilmişdir.
Qazaxıstan Respublikasında təşkil edilən “5-ci beynəlxalq Xəzər Elmi Tədqiqat Konfransı”na “Təmiz ətraf mühit (COP29) və ekoloji tarazlığın qorunmasında “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun rolu” adlı məqalə göndərilmiş və dəvət məktubu alınmışdır. Sözügedən konfransda dekabr ayında onlayn şəkildə iştirak planlaşdırılır.
Fransanın Paris şəhərində təşkil edilən “12-ci Beynəlxalq Qabaqcıl Elmi Tədqiqatlar və Disiplinlərarası Araşdırmalar Konfransı”nda “Azərbaycan Alban məbədləri və onun tarixi əhəmiyyəti” adlı məqalə ilə onlayn şəkildə iştirak edilmiş və sertifikat əldə edilmişdir
Spread the love