“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

Qoruğun “Damcılı” filialında son illər ərzində aparılan arxeoloji qazıntıların nəticələri ilə bağlı elmi tədbir keçirilmişdir

Qoruğun “Damcılı” filialında son illər ərzində aparılan arxeoloji qazıntıların nəticələri ilə bağlı elmi tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları – daş dövrü üzrə mütəxəssis, tarix üzrə fəlsəfə doktoru Mansur Mansurov və böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov iştirak etmişdir. Tədbir çərçivəsində alimlər tərəfindən aparılan arxeoloji qazıntıların nəticələri barədə slayd nümayiş etdirilmiş, əldə edilən materiallar və elmi-tədqiqat işlərinin mahiyyəti haqqında ətraflı məlumat verilmişdir. Alimlər tərəfindən paleolit və mezolit dövrlərinə aid daş alətlər, ovçuluq və yığıcılıqla məşğul olan qədim insanlara məxsus material qalıqları elmi ictimaiyyətə təqdim edilmişdir. Qazıntılar nəticəsində əldə edilən tapıntılar regionun qədim mədəniyyətlərarası əlaqələrini və tarixi inkişaf proseslərini yenidən nəzərdən keçirməyə imkan vermişdir.
Tədbirdə Qazax rayon Tarix-Diyarşünaslıq Muzeyinin, Qazax Dövlət Rəsm Qalereyasının əməkdaşları, yerli ziyalılar və məktəblilər də iştirak etmişdir. Bu kimi tədbirlər arxeoloji araşdırmaların nəticələrinin geniş ictimaiyyətə çatdırılmasında və mədəni irsimizin qorunub saxlanılmasının vacibliyinin vurğulanmasında mühüm rol oynayır.
Qoruğun “Damcılı” filialında son illər ərzində aparılan arxeoloji qazıntıların nəticələri ilə bağlı elmi tədbir keçirilmişdir
Spread the love