“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

Beynəlxalq arenada təbliğat işininin davam etdirilməsi məqsədi ilə “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğu və Qazaxıstan Respublikasının “Xan Ordalı-Sarayşık” Muzey qoruğu ilə birlikdə onlayn şəkildə əməkdaşlıq görüşü keçirilmişdir

Beynəlxalq arenada təbliğat işininin davam etdirilməsi məqsədi ilə “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğu və Qazaxıstan Respublikasının “Xan Ordalı-Sarayşık” Muzey qoruğu ilə birlikdə onlayn şəkildə əməkdaşlıq görüşü keçirilmişdir. Görüşdə hər 3 qoruğun direktoru, əməkdaşları, Bakı Dövlət Universitetinin Tarix fakultəsinin dosenti, tarix elmləri namizədi Yunis Nəsibli və tədqiqatçı Faiq Nəsibov iştirak etmişdir. Görüşdə hər üç qoruğun oxşar xüsusiyyətləri, birlikdə əlamətdar günlərin, milli bayramların təşkil edilməsi və gələcəkdə əməkdaşlığın davam etdirilməsi məqsədilə 3 tərəfli Memorandumun imzalanması haqqında müzakirələr aparılmışdır.

 

Beynəlxalq arenada təbliğat işininin davam etdirilməsi məqsədi ilə “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğu və Qazaxıstan Respublikasının “Xan Ordalı-Sarayşık” Muzey qoruğu ilə birlikdə onlayn şəkildə əməkdaşlıq görüşü keçirilmişdir
Spread the love