Ölkə Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən 2024-cü il Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur. Bununla əlaqədar Qazax Rayon İcra Hakimiyyəti və “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun birgə təşkilatçılığı və Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbə və müəllim heyətinin iştirak ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Gənclər, təbiət, könüllülər” devizi altında keçirilən ağacəkmə aksiyası həyata keçirilmişdir. Aksiyada qoruğunun “Damcılı” filialına 100 ədəd eldar şamı ağacı əkilmişdir.
Aksiya zamanı iştirakçılara ətraf mühitin qorunması, ağacların ətraf mühit üçün əhəmiyyəti, onların əkilməsi və qulluq üsulları barədə məlumatlandırılma ilə yanaşı abidələrin tanıdılması istiqamətində də maarifləndirmə mövzusunda slaydlar, arxeoloji qazıntılardan əldə olunan maddi-mədəniyyət nümunələrindən və üzərində qoruğa aid məlumatlar əks olunmuş çap məhsullarından ibarət sərgilər nümayiş olunmuşdur.
“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Qazax Rayon İcra Hakimiyyəti və “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun birgə təşkilatçılığı və Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbə və müəllim heyətinin iştirak ilə “Gənclər, təbiət, könüllülər” devizi altında ağacəkmə aksiyası həyata keçirilmişdir