AMEA-nın Arxeologiya və Antropologiya İnstitunun arxeoloqları tərəfindən “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğuna daxil olan kurqan çöllüyündə yeni aşkar edilmiş və “Damcılı kurqanı” adlandırılan kurqanda elmi-tədqiqat işlərinə başlanılmışdır. Araşdırmalar zamanı kurqanın üst təbəqəsi-Avey dağından gətirilmiş qaya daşlarından təmizlənmişdir. Bu proses zamanı bir sıra keramika nümunələri aşkar edilmişdir. Tapıntılar üzərində ilkin analizlərə əsasən, kurqanın son tunc və erkən dəmir dövrünə aid olduğu müəyyənləşdirilmişdir. Hazırda kurqanın mərkəzində yerləşən qəbir kamerasında qazıntılar davam edir.
AMEA-nın Arxeologiya və Antropologiya İnstitunun arxeoloqları tərəfindən “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğuna daxil olan kurqan çöllüyündə yeni aşkar edilmiş və “Damcılı kurqanı” adlandırılan kurqanda elmi-tədqiqat işlərinə başlanılmışdır