“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunda Qanlı Yanvar hadisəsinin 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirildi. Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin İctimai-siyasi humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva da iştirak etdi. Ilk öncə tədbir iştirakçıları 1990-cı il 20 yanvar gecəsində azadlıq və suverenlik uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra isə idarənin direktoru Səadət Əliyeva, Gülnar Quliyeva və elmi işçilər faciə ilə bağlı geniş çıxışlar etdilər.
Qanlı “20 Yanvar” faciəsinin 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirildi