8-11 fevral 2025-ci il tarixlərində “Avey” Dövlət-Tarix Mədəniyyət qoruğunun əməkdaşı Yaponiyanın Tokio şəhərində təşkil edilən tədbirlərdə – Azərbaycanın qərb bölgəsində aparılan arxeoloji qazıntıların müzakirəsi, Damcılı mağara düşərgəsinin əhəmiyyətini ictimaiyyətə tanıtmaq üçün təşkil edilmiş sərgidə iştirak etmişdir. Sərgidə Azərbaycanın Qərb bölgəsində aparılmış arxeoloji qazıntı işləri, xususilə “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun ərazisində yerləşən “Damcılı mağara düşərgəsi”nin əhəmiyyəti ictimaiyyətə geniş şəkildə çatdırılmışdır.
Səfər çərçivəsində Tokio Universitetinin əlavəsi olan İtermediatheque muzeyi ziyarət edilmişdir. Buradakı müxtəlif dövrlərə aid eksponatlarla tanışlıqdan sonra tədqiqatçılar və elm adamlarının iştirakı ilə geniş auditoriyada Prof. Yoşihiro Nişiaki Azərbaycanın qərb bölgəsində aparılan elmi-tədqiqat işləri ilə bağlı geniş məruzə, qoruğun əməkdaşı Səadət Əliyeva isə “Azərbaycanda Damcılı mağarası və mədəniyyət abidələri” adlı məruzə ilə çıxış etmişdir. Məruzə tərcüməçilər tərəfindən yapon dilinə tərcümə edilmişdir.
Qeyd edək ki, Yaponiyanın Tokio Universitet Muzeyinin direktoru Prof. Yoşihiro Nişiaki 2015-ci ildən 2023-cü ilə qədər “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun ərazisində AMEA Arxeologiya və Etnoqrafiya İnstitunun arxeoloqları ilə birgə elmi-tədqiqat işləri aparmışlar.











8-11 fevral 2025-ci il tarixlərində “Avey” Dövlət-Tarix Mədəniyyət qoruğunun əməkdaşı Yaponiyanın Tokio şəhərində təşkil edilən tədbirlərdə – Azərbaycanın qərb bölgəsində aparılan arxeoloji qazıntıların müzakirəsi, Damcılı mağara düşərgəsinin əhəmiyyətini ictimaiyyətə tanıtmaq üçün təşkil edilmiş sərgidə iştirak etmişdir