“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun inzibati binasında Xocalı faciəsinin 33-cü il dönümü ilə əlaqədar dəyirmi masa təşkil edilmişdir. Dəyirmi masada Xocalı faciəsinin qurbanlarının, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Xocalı faciəsi haqqında hadisələrdən, ermənilərin törətdiyi vəhşiliklərdən danışılmış, Xocalı faciəsinin səbəbi, onun ağır nəticələri, faciə nəticəsində xalqımıza vurulan maddi və mənəvi zərərlər barədə çıxışlar edilmişdir. Həmçinin qeyd edilmişdir ki, Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənərək, Azərbaycan bayrağının suveren ərazimizdə dalğalanması soyqırımı qurbanlarının qanının yerdə qalmadığının bariz nümunəsidir.






