“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunda xalqımızın ən qədim və əziz bayramlarından olan Novruz bayramı münasibəti ilə “Yurdumuzun Novruzu“ adlı möhtəşəm bayram tədbiri keçirilmişdir. Şənlik çərçivəsində kəlağayı üzərində basmanaxış sənəti nümayiş olunmuş, milli xalça toxuma ənənələri ilə bağlı ustad dərsləri təşkil edilmişdir. Novruz adət-ənənələri ilə bağlı maraqlı təqdimatlar, oyunlar, milli-mənəvi dəyərlərimizin rəmzi sayılan musiqi və rəqslərdən ibarət rəngarəng konsert proqramı bayram şənliyinin iştirakçılarında xoş ovqat yaratmışdır.





















“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunda xalqımızın ən qədim və əziz bayramlarından olan Novruz bayramı münasibəti ilə “Yurdumuzun Novruzu“ adlı möhtəşəm bayram tədbiri keçirilmişdir