“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

18 aprel – Beynəlxalq abidələr və tarixi yerlər günü münasibətilə “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun Damcılı filialında “Açıq qapı” günü elan edilərək zəngin məzmunlu tədbir təşkil olunmuşdur

“Beynəlxalq abidələr və tarixi yerlər günü” “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun Damcılı filialında qeyd olunub.
18 aprel – Beynəlxalq abidələr və tarixi yerlər günü münasibətilə Avey Dövlət Tarix-Mədəniyyət qoruğunun Damcılı filialında “Açıq qapı” günü elan edilərək zəngin məzmunlu tədbir təşkil olunmuşdur. Tədbirin əsas məqsədi Azərbaycanın zəngin maddi-mədəni irsinin təbliği, xalqımızın qədim sənət ənənələrinin yaşadılması və gənc nəslin bu irsə marağının artırılması olmuşdur. Tədbir çərçivəsində iştirakçılara milli və mədəni irsimizə dair müxtəlif sahələri əhatə edən təqdimatlar və canlı nümayişlər təqdim olunmuşdur.
Tədbirdə daraq vasitəsilə yun əyirmə, cəhrə ilə yundan ip hazırlamaq və xalça toxumaq sənəti nümayiş etdirilmiş, həmçinin kəlağayı üzərində basmanaxış sənətkarlığı nümunələri sərgilənmişdir. Tədbir iştirakçıları qədimdən bu günə ötürülən bu sənət nümunələrinin hazırlanma prosesi ilə yerində tanış olmaq imkanı qazanmışlar.
Bundan əlavə, qoruq ərazisində arxeoloji qazıntılar zamanı aşkarlanmış maddi-mədəniyyət nümunələrindən ibarət sərgi təşkil edilmiş, abidələr və onların tarixi əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumatlar verilmişdir.
Tədbirdə rayon məktəbliləri, Ağstafa rayon Gənclər evi Sosial xidmət müəssisəsinin əməkdaşları və digər qonaqlar iştirak etmiş, tədbirin maarifləndirici və təbliğat xarakteri yüksək qiymətləndirilmişdir.
Bu cür tədbirlər bir daha sübut edir ki, tarixi və mədəni irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində görülən işlər həm elmi, həm də ictimai baxımdan böyük əhəmiyyət daşıyır.
18 aprel – Beynəlxalq abidələr və tarixi yerlər günü münasibətilə “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun Damcılı filialında “Açıq qapı” günü elan edilərək zəngin məzmunlu tədbir təşkil olunmuşdur
Spread the love