“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğu və Bakı Dövlət Universitetinin Qazax filialı tərəfindən 18 Aprel “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”nə həsr olunmuş “Yeni elmi araşdırmalar, Qazax – Ağstafa bölgəsinin maddi-mədəni irsi və Ağalıqtəpədə aparılmış elmi arxeoloji tədqiqatların ilkin yekunları” mövzusunda elmi-praktiki seminar təşkil olunmuşdur. Elmi-praktiki seminarın keçirilməsində əsas məqsəd bölgəmizin tarixini, mədəni irsini yaşatmaq və gənc nəslə təbliğ etməkdir.
Elmi-praktiki seminarda bölgəmizdə o cümlədən qoruq ərazisində elmi tədqiqat və arxeoloji qazıntı işləri aparmış alimlər, rayon ictimaiyyəti, mədəniyyət işçiləri iştirak etmişdirlər.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov, AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Zaur Həsənov, Würzburg Julius Maximilians Universitetinin Qədim Yaxın Şərq Tədqiqatları kafedrasının müdiri, professor-doktor Martin Gruber, Bakı Dövlət Universitetinin Qazax filialının əməkdaşı, əməkdar müəllim İndira Səmədova, “Avey” və “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruqlarının əməkdaşları çıxış edərək ölkəmizdə, bölgəmizdə yerləşən abidələrin tədqiq edilməsi, qorunması, gələcək nəsillərə çatdırılması sahəsində görülən işlərdən bəhs etmişlər.
Qeyd edək ki, elmi-praktiki seminarda iştirak edən tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun ərazisində bir neçə dəfə arxeoloji qazıntılarda iştirak etmiş, qoruğun əməkdaşlarına aparılan tədqiqatlarla bağlı maraqlı elmi məlumatlar təqdim etmişdir.















“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğu və Bakı Dövlət Universitetinin Qazax filialı tərəfindən 18 Aprel “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”nə həsr olunmuş “Yeni elmi araşdırmalar, Qazax – Ağstafa bölgəsinin maddi-mədəni irsi və Ağalıqtəpədə aparılmış elmi arxeoloji tədqiqatların ilkin yekunları” mövzusunda elmi-praktiki seminar təşkil olunmuşdur